İranda koronavirusdan ölənlərin sayı 131 680 nəfərə çatıb

  • By admin
  • 02 Yanvar 2022 19:20

İranda ötən sutka ərzində 41 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 680 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 510 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 196 913 nəfərə çatıb.

 

Gununsesi.info