İranda koronavirusdan ölənlərin sayı 133 886 nəfərə çatıb

  • By admin
  • 14 Fevral 2022 15:37

İranda ötən sutka ərzində 168 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 133 886 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 28 956 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 835 221 nəfərə çatıb.

 

 

Gununsesi.info