İranda koronavirusdan ölənlərin sayı 38 minə çatır

  • By admin
  • 07 Noyabr 2020 22:45

İranda daha 423 nəfər koronavirusun qurbanı olub.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 37 832 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 9 450 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 673 250-yə yüksəlib.

Məlumatda həmçinin 5 506 nəfərin ağır vəziyyətdə olduğu, 515 153 nəfərin isə sağaldığı vurğulanıb.

 

 

Gununsesi.info