İranda koronavirusdan şübhələnib, xəstəxanaya od vurdular - VİDEO

  • By admin
  • 29 Fevral 2020 22:22

İranın Bəndər-Abbas şəhərinin sakinləri koronaviruslu xəstələrlə yaxınlarının eyni binada saxlanıldığını iddia edərək xəstəxananı yandırmağa cəhd ediblər.

Gununsesiaz.info xarici mediaya istinadən xəbər verir ki, hadisəni törədənlərin sözlərinə görə, 10 nəfər koronavirusa yoluxmuş xəstə həmin xəstəxanaya gətirilib və digər pasiyentlərin həyatı təhlükəyə atılıb.

Hörmüzgan Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fatma Nuruziyan Bəndər-Abbas şəhərində yayılan xəbərin əsassız olduğunu və sözügedən tibb müəssisəsinə Covid-19 diaqnozu qoyulmuş xəstə gətirilmədiyini deyib.

Alov söndürülüb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 43 nəfərə çatıb. 205 nəfərdə isə yeni yoluxma halı qeydə alınıb.