İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

İranda son sutka ərzində daha 2 379 nəfərdə koronavirus aşkarlanıb, 183 nəfər vəfat edib.

Gununsesi.org bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 269 440-a, virus qurbanlarının sayı isə 13,791-ə yüksəlib.

Bundan əlavə, indiyədək 232 873 nəfər sağalıb. Ölkədə 22 776 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 509-nun vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.org