İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 11 Avqust 2020 22:25

İranda son sutka ərzində daha 2 345 nəfərdə koronavirus aşkarlanıb, 184 nəfər vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 331 189-a, virus qurbanlarının sayı isə 18 800-ə yüksəlib.

Bundan əlavə, indiyədək 288 620 nəfər sağalıb. Ölkədə 23 769 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 983-nün vəziyyəti ağır qiymətləndirilir.

 

 

Gununsesi.info