İranda koronavirusla bağlı vəziyyət pisləşir

  • By admin
  • 15 İyul 2021 20:17

İranın Sistan-Bəlucistan vilayəti baş prokuroru Mehdi Şəms Abadi bölgədə COVID-19 səbəbindən xəstəxanalarda yer qalmadığı və “morq”ların cəsədlərlə dolu olduğunu bəyan edib.

Bu barədə “Haber Global” “Fars Xəbər Agentliyi”nə istinadən məlumat yayıb.

HTML tutorial

Lakin bugünlərdə vilayətə səfər edən İranın səhiyyə naziri Səid Nəməki region xəstəxanalarında 450 boş yer olduğunu qeyd edərək, baş prokurorun iddialarını təkzib edib və yayılan məlumatların əhali arasında çaşqınlıq yaratmaq məqsədi daşıdığını vurğulayıb.

Bildirilib ki, dünən adıçəkilən vilayətdə 440 yeni yoluxma və 24 ölüm faktı qeydə alınıb. Bununla da, Sistan-Bəlucistanda pandemiyanın başlanğıcından bəri koronavirus səbəbindən ölənlərin ümumi sayı 1894-ə çatıb.

Gununsesi.info