İranda məktəbli qız baş örtüyünü düzgün bağlamaması bəhanəsi ilə bir qadın tərəfindən qəddarcasına döyülüb.
Gununsesi.info xəbər verir ki, “Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər yayıb.
Kadrlarda ağlayan balaca qızcığazın al-qan içində olduğu görünür.
Qeyd edək ki, molla rejimində yeddi yaşından yuxarı qızların hicab taxması vacibdir.
Gununsesi.info