İranda məscidə hücuma görə Azərbaycan vətəndaşı həbs edildi

  • By admin
  • 11 Noyabr 2022 14:23

İranın Şiraz şəhərindəki məscidə silahlı hücuma görə həbs olunanlar var.

Onlar arasında Azərbaycan vətəndaşının da olduğu deyilir. Gununsesi.info -nun xəbərinə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyi bildirib.

HTML tutorial

Məlumatda deyilir ki, ölkənin cənubundakı Şiraz şəhərində şiə məbədinə hücumla əlaqədar 26 xarici vətəndaş həbs olunub

İranın Kəşfiyyat Nazirliyi bildirir ki, ölkənin cənubundakı Şiraz şəhərində şiə məbədinə hücumla əlaqədar 26 xarici vətəndaş həbs olunub: “Hücuma rəhbərliyi Azərbaycan vətəndaşı edib və o hücumun əsas fiqurudur. Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır”.

Bu hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürmüşdü.

Günay Təhməzova

Gununsesi.info