İranda Möhsün Fəxrizadənin insidenti ilə əlaqəsi olan üç nəfərə ölüm hökmü çıxarılıb

İranda 2020-ci ildə həlak olmuş nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin insidenti ilə əlaqəsi olan üç nəfərə ölüm hökmü çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Tesnim agentliyi İranın məhkəmə hakimiyyəti nümayəndəsi Əsqər Cahangirin açıqlamasına istinadən məlumat yayıb.
Əsgər Cahangir deyib: “Qərbi Azərbaycan vilayətində tutulan üç israilli casusun, spirtli içki qaçaqmalçılığı adı altında, Fəxrizadənin qətlində istifadə olunması nəzərdə tutulan avadanlığı daşıdığı müəyyən edilmişdir. Bu şəxslərə ölüm hökmü çıxarılıb.”
Qeyd edək ki, bu terror aktına görə daha beş şəxs məhkəmə qarşısındadır.