İranda müstəntiqin ‘həbsxanadan sağ çıxmayacaqsan’ dediyi etirazçı həbsdə ölüb

Ötən il İrandakı etirazlarda iştirak edən Cavad Ruhiyə üç dəfə ölüm hökmü kəsilsə də, o yenə həyatda qalıb.

Ancaq ötən həftə müəmmalı şəraitdə həyatını itirib.

31-yaşlı Ruhinin işi barədə məlumatlı şəxslərin sözlərinə görə, hətta Ali Məhkəmənin ona verilən ölüm hökmünü ləğv etməsinə baxmayaraq, onun heç vaxt həbsxanadan sağ çıxmayacağı deyilmişdi.

Ruhinin ailəsinə yaxın bir mənbə AzadlıqRadiosunun “Radio Fərda” xidmətinə Ruhinin ona 10 ay bundan öncə “üç ölüm hökmü kəsildiyi an” öldüyünü deyib.

“Sonradan bu hökmlər ləğv edilsə də, Cavad heç vaxt normal vəziyyətinə qayıtmadı. …Hökm və ittihamların səbəb olduğu psixi təzyiq və travma dəhşətli idi”, – anonimlik şərtilə danışan həmin mənbə bildirib.

 

Gununsesi.info