İranda naməlum obyektlər peyda olub

İranında naməlum metal əşyaları ictimaiyyətdə qorxuya səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın mərkəzi şəhəri olan Qorqanda göydən düşdüyü bildirilən naməlum metal əşyalarının görüntüləri yayılıb.

Şəhərin və kəndin müxtəlif məhəllələrinə düşən, bomba effekti yaradan obyektlərin bəzi evlərə və iş yerlərinə maddi ziyan vurduğu müşahidə edilib.

İctimaiyyətdə qorxuya səbəb olan hadisə ilə bağlı rəsmi açıqlamalar verilməsə də, xəsarət alanlar və insan tələfatı ilə bağlı məlumat da paylaşılmayıb.

Tərcümə

Şəbnəm

Gununsesi.info