İranda naməlum şəxs bıçaqla insanlara hücum edib, 1 nəfər ölüb, 2-si yaralanıb

  • By admin
  • 29 Avqust 2017 22:39

154e99c7-8036-4713-9491-8a2b45e74491
İranın paytaxtı Tehranda naməlum şəxs bıçaqla insanlara hücum edib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, hadisə şəhərin cənubunda avtobus dayanacaqlarından birində qeydə alınıb.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İranın Fövqəladə Hallar üzrə Agentliyinin rəhbəri Həsən Abbasi bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafidir.
Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.

Gununsesi.info