İranda nazir müavininə qarşı sui-qəsdə cəhd edilib - VİDEO

İranın sənaye, mədən və ticarət nazirinin müavininə qarşı sui-qəsdə cəhd edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, İranın sənaye, mədən və ticarət nazirinin müavini –  Məhəmmədmehdi Bəradərana qarşı Qəzvin yolunda sui-qəsd təşkil edilib. Sui-qəsdə cəhd nəticəsində onun avtomobili qəzaya düşüb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb.