İranda neft emalı zavodu yanır

İranın cənub-qərbində, Xuzistan ostanında neft emalı zavodunda yanğın qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Fars” agentliyi yanğınsöndürənlərə istinadən məlumat verib.

İlkin ehtimala görə, Bender-Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda başlayan yanğına səbəb yanacaq sızmasıdır.

Yanğının əhatəsi və baş vermə səbəbləri dəqiqləşdirilir.

 

Gununsesi.org