İranda neft sahəsində güclü partlayış

  • By admin
  • 06 İyun 2019 00:47

İranın Şəhid Rəcayi limanında neft məhsulları anbarında baş vermiş yanğında bir nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə NazirliyininHörmüzqanəyaləti üzrə nümayəndəliyi bildirib.Yanğında ölən şəxs limanın mühafizəbriqadasının əməkdaşıdır.

Qeyd edək ki, bu günİranın Hörmüzqan əyalətində yerləşən Şəhid Rəcayiadınalimanda neft məhsulları anbarındagüclü yanğın baş verib. Hadisə yerinəçox sayda yanğınsöndürən cəlb edilib.Bəndər Abbas liman şəhərindən də əlavə yanğınsöndürənlər hadisə yerinə göndərilib.

Yanğın zamanı, həmçinin bir neçə partlayışın baş verdiyi bildirilir.

***

İranın Hörmüzqan əyalətində yerləşən Şəhid Rəcayiadınalimanda neft məhsulları anbarındagüclü yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın zamanı bir neçə partlayışda müşahidə edilib.

Hadisə yerinəçox sayda yanğınsöndürən briqadaları cəlb olunub.Bəndər Abbas liman şəhərindən də yanğınsöndürənlər hadisə yerinə göndərilib.

Bildirilir ki, yanğın o qədər güclüdür ki, oradan qalxan tüstü qatınıçox uzaq məsafədən də görmək mümkündür.