İranda ölənlərin sayı 350-ə çatdı

  • By admin
  • 13 Noyabr 2017 16:08
İranda dünən baş verən zəlzələdə həlak olanların sayı 350 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar nəticəsində 3950 nəfər xəsarət alıb.

“Tasnim” agentliyinin xəbərinə əsasən bir saat əvvəl ölənlərin sayı 328 bildirilsə də, bölgədən gələn son xəbərlər qurban sayının 350 olduğunu bildirir.

Təkcə Sarə-Polə-Zohab rayonunda 236 nəfər həlak olub.

İranın dini lideri Əli Xamenei xalqa başsağlığı verib və xəsarət alanlara kömək etmək barədə hərbçilərə göstəriş verib.

Xilasedicilər axtarış əməliyyatlarına davam edirlər. 70 mindən çox evsiz qalıb.

Gununsesi.info