İranda interneti tamamilə kəsməsindən, islam respublikası hökumətinin ölkədə həyata keçirdiyi qırğınlar və repressiyalarla bağlı xəbərlərin dünyaya yayılmasının qarşısını almasından beş gün ötür.
Gununsesi.org Günaz TV-yə istinadən xəbər verir ki, İranda sərbəst informasiya mübadiləsinin blokadaya alınmasına baxmayaraq, müxtəlif yollarla yayılan xəbərlərdə ölkənin bir sıra şəhərlərində molla rejiminə qarşı xalq üsyanının davam etməsi barədə məlumatlar yayılır.
Yayılan məlumatlarda bildirilir ki, son günlər ölkənin müxtəlif şəhər və bölgələrində rejim qüvvələrinin birbaşa atəşi nəticəsində güllə yarasından həlak olan dinc etirazçıların sayı 251 nəfərə, yaralananların sayı 3700 nəfərə, həbs edilənlərin isə sayı 7 min nəfərə çatıb. Rejim qüvvələrinin küçələrdə qətlə yetirdiyi etirazçılar arasında qadınlar və yeniyetmələr də var.
Bildirlir ki, ölkənin müxtəlif şəhərlərində əsas küçə və meydanlar polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülməsinə baxmayaraq, etirazlar noyabrın 20-də Xuzistan əyalətinin bir sıra şəhərlərində, Şirazda və bəzi digər əyalətlərdə davam edib. Hazırda ölkədə elan edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir. Həmçinin son günlər İranın müxtəlif şəhərlərində hökumət qüvvələri tərəfindən qətlə yetirilən yüzlərlə etirazçının adları tədricən hüquq müdafiəçiləri tərəfindən mediaya açıqlanır.
Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar müxtəlif şəhərlərdə pərakəndə şəkildə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda 251 nəfərdən çox dinc etirazçı rejim qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Həmçinin qeyd olunur ki, etirazlarda yaşanan qarşıdurmalar zamanı ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.
İranın müxtəlif şəhərlərində etirazçıların hücumuna məruz qalaraq yandırılan bəzi dini mədrəsələr (mollaxanalar):