İranda onlarla təhlükəsizlik işçisi saxlanılıb

İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində iyirmidən çox adam saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.

Qeyd edilir ki, təhqiqatın miqyası təhlükəsizlik sisteminin şok edici uğursuzluğunu göstərir.

HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə Tehranda raket hücumu nəticəsində öldürülüb.

Fələstin hərəkatı bu hücumu xain adlandırıb və günahı “sionistlərin” üzərinə atıb.

Lakin İsrail ordusunun nümayəndələri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina ediblər.

 

 

Şəbnəm

Gununsesi.info