İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib

İranda ötən tədris ilində 900 mindən çox şagird məktəbi tərk edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

İran Statistika Mərkəzinin məlumatlarının təhlili göstərib ki, 2022-2023-cü tədris ilində 930 min nəfər təhsili yarımçıq qoyub.

Qeyd edilib ki, keçən il ən çox məktəbi tərk edənlər 15-17 yaşlı yeniyetmələr olublar.

Son açıqlanan statistikada nəzərə çatdırılıb ki, təhsildən uzaşqlaşanların 98 min nəfəri oğlan, 99 minə yaxını isə qızdır.