İranda pandemiya qurbanlarının sayı 13 410-a çatdı

İranda daha 199 nəfər koronavirusun qurbanı olub.

Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda ümumilikdə 13 410 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 388 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 264 561-ə yüksəlib.

Məlumatda həmçinin 3 411 nəfərin ağır vəziyyətdə olduğu, 227 561 nəfərin isə sağaldığı vurğulanıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkəsində koronavirusun ikinci dalğasının başladığını bildirib.

 

Gununsesi.org