Bu gün 11-ci çağırış İran Parlamentinə növbədənkənar seçkilər keçirilir.
Gununsesiaz.info xarici mətbuata istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb.
Ölkədə 290 yerin olduğu parlamentə millət vəkillərini seçmək üçün 57 milyon 918 min seçici 208 bölgədə 55 min sandıqda səs verir.
Seçkilərdə 7 mindən çox namizəd mübarizə aparır.