İranda partlayış oldu: 11 nəfər öldü

  • By arzu
  • 06 Dekabr 2019

Cümə axşamı İranın qərbində Kürdüstan əyalətinin Sakkez şəhərində toy mərasimi zamanı partlayış baş verib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla, 11 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, partlayışa səbəb qaz sızması olub.

Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Gununsesi.org