İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə silahlı hücum nəticəsində 11 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Gununsesi.info bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın Sistan və Bəlucistan valisinin administrasiyasına istinadən verdiyi məlumata görə, hücum gecə saatlarında baş verib.
“Raskada polis bölməsində törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, atışma zamanı polis bir neçə hücumçunu zərərsizləşdirib.
Yerli media yazır ki, hücuma görə məsuliyyəti Sistan və Bəlucistan əyalətində fəaliyyət göstərən “Ceyşul Adl” təşkilatı öz üzərinə götürüb.
Ceyşul Adl bölgədəki bəluc xalqının hüquqlarını qoruduğunu iddia edir. İran hakimiyyəti Ceyşul Ədl-i terror təşkilatı kimi tanıyır.
Gununsesi.info