İranda polis məmurunu öldürməkdə ittiham olunan məhbus edam edildi

  • By admin-2
  • 25 Sentyabr 2023 12:54
edam

İranda yüksək rütbəli polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən məhbusun hökmü icra edilib. 

Gununsesi.info xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Hörmüzqan vilayətinin Rudan rayonunun Narkotiklərlə Mübarizə Polisinin rəisi Səid Muridinin öldürüldüyü hadisəyə görə mühakimə olunan və ölüm cəzasına məhkum edilən şəxs Minab şəhər həbsxanasında edam edilib.

Rudan Narkotiklərlə Mübarizə İdarəsinin direktoru Səid Muridi aprelin 11-də narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı baş verən münaqişədə həyatını itirib.

Səid Əhmədli
Gununsesi.info