
İranın paytaxtı Tehranda milyonlarla vətəndaş küçələrə axışaraq dövləti dəstəkləyən yürüş keçirib.
Gununsesi.info xəbər verir ki, mövcud rejim tərəfdarlarının aksiyası bu gün cümə namazından sonra baş tutub.
Qeyd edək ki, İranda dekabrın 28-dən etibarən dövlət əleyhinə aksiyalar keçirilir. Yumurtanın qiymətinin artırılması ilə başlayan etirazlar qısa zaman ərzində genişmiqyaslı mitinqlərə çevrilib və 30-a yaxın şəhəri əhatə edib. Hadisələr nəticəsində 26 nəfər həyatını itirib.
Gununsesi.info