İranda qadın məmur hicabsız qıza hücum edib - VİDEO

  • By admin
  • 17 Fevral 2023 14:42

İranda qadın məmur hicabsız qıza hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“22 Bəhmən tarixində (11 fevral – inqilabın qələbəsinin ildönümü) Buşehr şəhərində Səfərpur adlı qadın bizə hücum etdi və vəhşicəsinə döymək istədi. İnsanlar yığışıb onun qarşısında durdular. Hökumət məmuru olan qadın dərhal SEPAH-ın iki xəbərçisinə zəng edib köməyə çağırdı”, – deyə hücuma məruz qalan gənc qız bildirib.

Gununsesi.info