İranda qatar relsdən çıxıb aşdı

  • By admin
  • 25 Sentyabr 2019 21:19

İranın Sistan-Bəlucistan bölgəsində qatar qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxaraq aşıb.

Hadisə yerinə təcili yardım və xilasedicilər gəlib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Xilasetmə işləri davam edir.

Gununsesi.org