İranda qatar relsdən çıxdı: Azı 7 yaralı

  • By admin
  • 23 İyul 2017 21:11

iran_derails

İranın cənub-qərbində Andimeşk şəhərində sərnişin qatarının 2 vaqonu relsdən çıxıb.

Gununsesi.info-nun İran KİV-lərinə istinadən verdiyi məlumata görə, vaqonların relsdən çıxması nəticəsində  7 nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal yerli xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, qatar Ahvaz şəhərindən Məşhədə gedirmiş.

Gununsesi.info