İranda SEPAH-ın əməkdaşları həlak olub

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki əməkdaşı Sarvabadın qərb bölgəsində baş verən silahlı hücum nəticəsində həlak olub.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Dövlət mediasının məlumatına görə, hadisə çərşənbə axşamı baş verib və rəsmi mənbələr bunu “inqilab əleyhinə hücum” kimi qiymətləndiriblər. Hücum zamanı daha üç SEPAH əməkdaşı yaralanıb.

Hazırda bölgədə təhlükəsizlik qüvvələrinin əməliyyatı davam edir. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.

 

 

Firuzə

Gununsesi.info