İranda son sutkada 11 731 nəfər koronavirusa yoluxub

  • By admin
  • 29 Yanvar 2022 15:42

İranda ötən sutka ərzində 24 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 380 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 11 731 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 322 183 nəfərə çatıb.

 

 

Gununsesi.info