İranda son sutkada 115 nəfər koronavirusdan ölüb

  • By admin
  • 11 Sentyabr 2020 15:05

İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22913 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2313 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 397801  nəfərə yüksəlib. Virus daşıyıcılarından 3753 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  342539 nəfər koronavirusdan sağalıb.

 

Gununsesi.info