İranda son sutkada koronavirusdan 185 nəfər vəfat edib

  • By admin
  • 05 Avqust 2020 14:52

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 185 nəfər vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 802 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 697 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 317 483 nəfərə çatıb.

 

 

Gununsesi.info