
İranda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə İranın şimalında, Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında baş verib.
Belə ki, polis təlim təyyarəsi qəzaya uğrayıb.
İran Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsindən verilən açıqlamada texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarədə olan pilot, ikinci pilot və bort mühəndisinin həyatını itirdiyi bildirilib.
Təyyarə qəzası ilə bağlı araşdırma başlansa da, təyyarənin modeli və texniki nasazlığın təfərrüatları ilə bağlı məlumat verilməyib.
Orxan Saffari