İranda təyyarə qəzasında ölənlər və yaralananlar var

  • By admin
  • 03 Fevral 2022 17:33

İranda təyyarə qəzaya uğrayıb.

Gununsesi.info-nun APA-ya istinadla məlumatına görə Bunu İranın Rəzəvi Xorasan əyalətinin Fövqaladə Hallar İdarəsinin baş direktoru Möhsün Nicat deyib.

O bildirib ki, qəzaya uğrayan təyyarə təlim təyyarəsi olub və qəza Məşhəd şəhəri yaxınlığındakı Kaşmər bölgəsində baş verib

“Təəssüflər olsun ki təyyarədə olan 4 nəfərdən ikisi ölüb, ikisi isə yaralanıb” – deyə M.Nicat söyləyib.

 

 

Gununsesi.info