İranda terrorçunu zərərsizləşdirən şəxsin ailəsi danışdı - VİDEO

  • By admin
  • 27 Yanvar 2023 20:56

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Natiq oğlu Tağıyevin atası danışıb.

Gununsesi.info xəbər verir ki, sözügedən hadisədən ilk öncə onun xəbəri olub:

“Telefonla danışanda kədərlənərək Orxan müəllimi itirdik dedi. Epizodu izləyəndə yarım saat şokdan ayıla bilmədim”.

Vasifin anası Təranə Tağıyeva övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını da deyib:

“Vasiflə fəxr edirəm. Səhər oğlumla danışdıq yaxşı idi. Daha sonra atasına zəng vuraraq, xəbəri mediada görsək narahat olmayaq deyə bizə yaxşı olduğunu bildirdi”.

Qeyd edək ki, Vasif Tağıyev əliyalın olmasına baxmayaraq, silahlı terrorçunu zərərsizləşdirən və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

Daha ətraflı “Baku” TV-nin süjetində:

Gununsesi.info