İranın hüquq-mühafizə orqanları Kirman şəhərində törədilən terror aktıda ölənlərin sayı ilə bağlı yeni məlumat yayıb.
Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Əhməd Vahidinin verdiyi məlumata görə, yenilənmiş məlumatlara əsasən, 84 nəfər həlak olub, daha 284 nəfər yaralanıb. İlkin olaraq səlahiyyətlilər 103 nəfərin öldüyünü və 211 nəfərin yaralandığını bildiriblər.
Xatırladaq ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində İranın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə əlaqədar dəfn mərasimi zamanı partlayışlar baş verib.
Gununsesi.info