İranda Türkiyə bayrağını təhqir edəni döydülər - VİDEO

  • By admin
  • 12 Oktyabr 2021 16:21

İranın Zəncan şəhərində Türkiyə bayrağını təhqir edən şəxs etiraza səbəb olub.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, İnstaqram sosial şəbəkəsində “Zəncan Oyan” səhifəsində hadisənin videosu paylaşılıb.

Videoda bir nəfərin Türkiyə bayrağını ayaqlar altına atdığı, ətrafdakıların isə olaya sərt reaksiya verdiyi görünür.

Qeyd edək ki, videonun əhalinin reaksiyasını öyrənmək üçün sosial eksperiment məqsədi ilə çəkildiyi də bildirilir.

Gununsesi.info