
İranda üç gün ərzində azı səkkiz nəfər edam olunub. Yerli fəallar onların çoxunun narkotik maddəsilə saxlandığını bildirirlər.
“Amnesty International” insan haqları təşkilatı isə bu yaxınlarda İranı həbsxanalarını “qətl sahələri”nə çevirməkdə ittiham edib.
Bəluç Fəallar Kampaniyasının avqustun 21-də yaydığı məlumata görə, narkotik maddələri üzrə dörd edam Zahedan həbsxanasında həyata keçirilib.
Bəluçdan iki məhbus Zahedanda avqustun 19-da edam olunublar. Onlara 2012-ci ildə baş vermiş birgə qətl işinə görə qisas hökmü çıxarılıb.
İnsan haqları qrupunun məlumatına görə, apreldən bəri Bəluçdan qadınlar daxil olmaqla 84 məhbus edam olunub.
Gununsesi.info