İranda üç qadın jurnalist saxlanıldı

  • By admin
  • 23 Yanvar 2023 13:58

İranda üç qadın jurnalist saxlanlıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb.

Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Onlar hazırda Tehrandakı Evin adlı həbsxanada saxlanılır.

Məlumata görə, jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar.

Ümumilikdə isə İranda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Gununsesi.info