İranda və Meksikada saxta içkidən ölənlərin sayı artdı

  • By admin
  • 14 May 2020 13:08

İranda saxta spirtli içkidən ölənlərin sayı 369-a yüksəlib.

Gununsesi.org NTV telekanalına istinadən xəbər verir ki, bəzi insanlar spirtli içkilərlə koronavirusdan qorunmağın mümkün olduğunu düşünürlər. Bu məqsədlə alkoqollu içkilərə üstünlük verirlər. Bu zaman ucuz qiymətə saxta içkilər alırlar. Bu isə onların həyatı bahasına başa gəlir.

Bildirilib ki, Meksikada son iki həftədə saxta alkoqollu içkilər qəbul edən yüzdən çox adam ölüb. Bir müddət əvvəl onların sayı 46 nəfər olub.

Qeyd edək ki, hökumət koronavirusa qarşı mübarizə çərçivəsində alkoqollu içkilərin istehsalını bir ay müddətinə dayandırıb.

 

 

Gununsesi.org