İranda vəziyyət qarışdı - İNSANLAR BAHALAŞMAYA ETİRAZ EDİR (VİDEO)

  • By admin
  • 29 Dekabr 2017 17:06

Bu gün İranın bir neçə şəhərində insanlar küçəyə axışdı. İnsanlar ölkədəki inflyasiyaya və bahalaşmaya etiraz edərək, hakimiyyətə qarşı kəksin şüarlar səsləndirib.

Gununsesi.info “reuters”ə istinadən xəbər verir ki, dekabrın 29-da cümə namazından sonra İranın ikinci ən böyük şəhəri Məşhəddə, Kirmanşahda, Təbrizdə, Nişapurda və digər şəhərlərdə insanlar küçəyə çıxaraq ölkədə bahalamaya və yoxsulluğa etirazlarını bildiriblər.

Nəticədə polislə aksiya iştirakçıları arasında ciddi toqquşma baş verib. Polisin aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazlardan, dəyənəklərdən, rezin güllələrdən istifadə etdiyi bildirilir. Ölən və yaralananların olduğu qeyd olunur. Xeyli sayda insanın həbs edildiyi vurğulanıb.

Aksiya iştirakçıları “Diktatora ölüm!”, “Ruhaniyə ölüm!” və sair bu kimi şüarlar səsləndirib.

Gununsesi.info