İranda yanacaqdoldurma məntəqələrinin təchizat sisteminə kiberhücum

  • By admin
  • 18 Dekabr 2023 13:12

İranda yanacaqdoldurma məntəqələrinin təchizat sisteminə kiberhücum edilib.

Gununsesi.info xəbər verir ki, ölkə daxilində stansiyalarda problemlər yaşanarkən, İsrail ordusunun radiosu hücumun israilli hakerlər tərəfindən həyata keçirildiyini açıqlayıb.

Yanacaqdoldurma məntəqələrində istifadə edilən internet sisteminə iddia edilən kiberhücum səbəbiylə İranda bir çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırıldığı bildirilib.

İranın dövlət televiziyasına danışan İranın neft nazirinin müavini Cəlil Salari məsələ ilə bağlı məlumat verib. “Yanacaqdoldurma məntəqələrinin təxminən 60 faizində problem var idi. Bu sahədə istifadə olunan internet sistemini bağladıq. Vətəndaşlarımıza əl ilə offline yanacaq xidməti verilir”, – deyə o bildirib.

İran rəsmisi qeyd edib ki, problemin həlli istiqamətində səylər davam edir. İran Neft Nazirliyi tərəfindən verilən açıqlamada problem həll olunana qədər əhalidən təcili olmadıqda yanacaqdoldurma məntəqələrinə getməmələri istənilib.

İsrail ordusunun radiosu da İsrail hakerlərinin İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil etdiyini açıqlayıb.

Gununsesi.info