İranda yoxa çıxmış Azərbaycan vətəndaşının yaxınları İran səfirliyinin qarşısında piket keçirib - VİDEO/FOTOLAR

Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.

Gununsesi.info xəbər verir ki, piket iştirakçıları “Fəridi qaytarın!”, “Biz məlumat istəyirik!”, “Fəridi azad edin!”, “Fəriddən xəbər verin!” kimi şüarlar səsləndiriblər.

HTML tutorial

Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.

Qeyd edək ki, Fərid Səfərli İranda itkin düşüb. Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

Fərid Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələ də xəbər yoxdur.

Gununsesi.info