İranda yoxsulluq uşaq evliliklərinin artmasına səbəb olub

İranda uşaq yaşda erkən nikahların əsas amilləri sırasında yüksəkinflyasiya və gəlirbərabərsizliyi kimi iqtisadi problemlər durur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Donya-e-eqtesad” saytı ölkədə uşaq evlilikləri ilə bağlı araşdırmanın nəticələrinə əsasən yazır.

Sayt iddia edib ki, ölkədə ümumi dinibaxış uşaqların erkən yaşlarda evləndirilməsinə heç bir təsir göstərməyib. İqtisadi sanksiyalar və yoxsulluq isə uşaq evliliklərində daha böyük rol oynayıb.

“Aparılmış sorğular göstərir ki, İranda erkən nikah daha çox qızların yetkinlik yaşına çatmamış ərə verilməsi ilə bağlıdır. Ölkə qanunlarına əsasən, yetkinlik yaşı oğlanlarda 15, qızlarda isə 9 yaşdır. Qanunlara görə, qızlara 13 yaşında ərə getməyə icazə verilir”, – deyə, saytda vurğulanıb.

Qeyd olunub ki, 2016-cı ilin rəsmi statistikası iranlı qızların 5,5%-i 15 yaşından tez, bir sıra statistikalar isə 17 faizin 18 yaşına çatmamış evləndiklərini göstərir.

 

 

 

Gununsesi.info