İranda zəlzələ baş verdi

  • By Günel
  • 03 Noyabr 2024 11:51

İranın Semnan əyalətində 4.8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 05:16-da baş verən yeraltı təkanların episentri Gərmsar şəhərinin yaxınlığında, yerin 11 kilometr dərinliyində yerləşib.

Zəlzələ Tehran və Kərəc şəhərlərində də hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Gununsesi.info