İranda zəlzələ baş verib

  • By ilhame
  • 21 İyul 2024 09:35

İranın şərqində Əfqanıstanla sərhəd yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 196 min nəfər əhalisi olan Bircənd şəhərindən 131 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşir.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info