İranda zəlzələ baş verib

  • By admin
  • 21 Dekabr 2017 23:00

İranın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ olub. 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.

Yeraltı təkanlar Bakı vaxtı ilə 21.04-də Ravər şəhərindən 46 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən Kərəc şəhəri yaxınlığında zəlzələ nəticəsində 2 nəfər ölüb, 117 nəfər xəsarət alıb.

Gununsesi.info