İranda zəncirvari qəza; ölən və yaralanan var

  • By admin
  • 06 Oktyabr 2019 12:35

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.

P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.

Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub.

Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib.

 

Gununsesi.org