İrandakı etirazlar xaricdən idarə edilir.
Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “Tasnim agentliyi yayıb. Agentlik etirazların Tvitter vasitəsilə təşkil edildiyini və #Nümayiş həştəqinin daha populyar olduğunu bildirib.
Belə ki, bu həştəqlə atılan tvitlərin 26%-i İranın payına düşüb.Eyni həştəqlə ən çox tvit Səudiyyə Ərəbistanında (27%) atılıb. Ondan sonrakı yerlərdə isə Britaniya (7%), Fransa (5%), Almaniya (5%), BƏƏ (4%) yer alıb. Tvitterdə bu həştəqlə ən çox tvitin atıldığı şəhərlər sırasında 14% göstərici ilə Ər-Riyad və Məkkə qərarlaşıb. Tvitlərin 35%-i isə ərəbcə atılıb.
Gununsesi.info